11 iyul 2012 11:24

Kamran Ağayev İngiltərə klubu ilə danışıqlar aparmaq üçün Londona getdi

Futbol üzrə Azərbaycan yığmasının və “Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayev İngiltərə Premyer Liqasında çıxış edən klublardan birinə keçməyə yaxındı. Azerisport.az xəbər verir ki, 26 yaşlı futbolçu artıq bu məqsədlə Londona yola düşüb.
 
Onun paytaxt klublarından biri ilə danışıqlar stolu arxasına oturacağı bildirilir. Böyük ehtimalla isə bu, “Tottenham” klubudu. Çünki məhz bu komandanın Ağayevlə maraqlandığına dair xəbərlər hələ uzun müddət idi səslənməkdə idi.
 
Qeyd edək ki, “Tottenham” ilə yanaşı hazırda Premyer Liqada daha beş klub çıxış edir. Bunlar “Arsenal”, “Chelsea”, “Fulham”, QPR və “West Ham”di. Bu klublar arasında qapıçı cəhətdən müəyyən çətinlikləri olan isə məhz “Tottenham” klubudu. Kamran bu komandaya keçsə, İngiltərə işçi vizası açmasında da problem yaranmayacaq. Çünki millidə mütəmadi çıxışı ilə seçilir. Hansı ki, oxşar problemlər səbəbindən “Neftçi”nin yarımmüdafiəçisi Araz Abdullayev “Everton”da top qovmaqdan məhrumdu.
 
Maraq üçün xatırladaq ki, Kamranla vaxtilə Almaniyanın “Cologne” klubu da maraqlanırdı. Amma kölnlülərin bu marağı transferin rəsmiləşməsiylə nəticələnməmişdi.

Yeri gəlmişkən, Ağayevin İngiltərə klubuna keçməsi reallaşsa, “Xəzər Lənkəran”a Avropa Liqasının növbəti mərhələ oyunlarında kömək edə bilməyəcək. İngiltərə klubunun skautları onun birinci təsnifat mərhələsində Estoniya “Nomme Kalju”su ilə oyunlarını da izləyiblər.
 
Sonda bildirək ki, Kamran karyerasına “Şəfa”da başlayıb. Ordan “Turan”a keçən Ağayev 2006-cı ildən “Xəzər Lənkəran”ın uğurları üçün çalışır. O, artıq bu komandada 136 oyun keçirib. Eyni zamanda millimizin əsas qapıçısıdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.