11 iyul 2012 22:00
Qarabağ Traktorsaziyə qalib gəldi (YENİLƏNİB)
Növbəti mövsümə hazırlığı davam etdirən "Qarabağ" bu gün Türkiyə toplanışı çərçivəsində növbəti sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, ağdamlıların bu dəfəki rəqibi İranın, daha doğrusu Cənubi Azərbaycanın məşhur “Traktorsazi” (Təbriz) klubu idi.
Qeyd edək ki, bu komanda son mövsümdə İran çempionatını gümüş medallarla başa vurub. Lakin Ağdam təmsilçisiylə oyun cənubluların məğlubiyyəti ilə başa çatıb. Matçdakı yeganə qolu 10-cu dəqiqədə Vaqif Cavadov vurub.
“Qarabağ” Türkiyədəki hazırlıq prosesi çərçivəsində ilk oyununu İranın digər klubuna - “Zobahan”a qarşı keçirmiş və 1:0 hesabıyla qələbə qazanmışdı.
Yoxlama oyunu
11 iyul
QARABAĞ - TRAKTORSAZİ - 1:0 (1:0)
Qol: Vaqif Cavadov, 10.
"Qarabağ"ın start heyəti: Miro Varvodiç, Maksim Medvedev, Rəşad Sadıqov, Admir Teli, Ansi Aqolli, Hacı Əhmədov, Qara Qarayev, Riçard Almeyda, Əfran İsmaylıov, Vaqif Cavadov, Rauf Əliyev.
Tərəflər oyun öncəsi dostluq fotosu çəkdirdilər
Oyun başladı
4. Matç meydanın mərkəzində cərəyan edir
6. Əfran və Vaqif rəqib üçün təhlükəli olmağa başlayir
7. Raufa qarşı kobud oynayırlar
10. Vaqif dəqiq zərbə ilə hesabı açır - 1:0
15. Rəşadın ötürməsindən sonra Rauf qapıçı ilə təkbətək qalsa da, hakim oyundan kənar vəziyyət qeydə aldı
18. Rəqib meydanın mərkəzində top saxlamağa çalışsa da, ötürmələrində dəqiqlik çatmır
19. Raufun sol cinahda 2 oyunçunu arxada qoyaraq ötürməsini Maksim zərbə ilə tamamladı
20. Maksimin asmasını Riçard baş zərbəsi ilə vursa da, dəqiqlik çatmadı
23. Əfranın yandan driblinqi və gözəl ötürməsini Rauf eyni gözəlliklə qapıya yönəltdi
25. Oyunun bu dəqiqələrində topa komandamız nəzarət edir
29. Vaqifin künc zərbəsindən birbaşa qapıya zərbəsini qapıçı çətinliklə çıxara bildi
30. Ard-arda 2-ci künc zərbəsindən sonra Riçardın qapıya zərbəsi dəqiq olmadı
31. Mironun yerinə Fərhad qapıya keçir
35. Əfranın yandan keçidinin qarşısını müdafiəçilər ala bildilər
36. "Traktorsazi"nin ilk real qol vəziyyətinin qarşısını Fərhad kəsdi
39. Raufun cərimə zərbəsi girişində 3 futbolçu arasında keçidinin qarşısı kobudluqla alındı
40. Rəşadın zərbəsində azacıq dəqiqlik çatmadı
42. Vaqif rəqib müdafiəçilərin səhvindən sonra uzun keçid etsə də, sonda ötürməsində dəqiqlik çatmadı
İlk yarı başa çatdı
İkinci yarıda komandamızın heyəti tamamilə dəyişir: Fərhad, Eltun, Kamil, Zaur, İlqar, Hacı, Emin Mustafayev, Emin İmaməliyev, Muarem, Elnur, Bəxtiyar
49. Təbrizlilər daha çox hücum etməyə çalışırlar
50. Qızılcahamamda yağış başladı
53. Bəxtiyar son anda Muaremın ötürməsinə çatmır
55. Oyun meydanın mərkəzinə yönəldi
57. Əla qol şansı. Emin Mustafeyvin zərbəsinı müdafiəçilər boş qapıdan çıxarır
61. İmaməliyev sağdan cərimə meydançasına daxil olur, ötürməsini müdafiəçilər uzaqlaşdırır
63. Fərhadın yerinə Osman meydana daxil olur
66. Güneylilər fərqlənməyə yaxın olsalar da, zərbə azacıq dəqiq olmadı
74. Toğrul Bilallı Muaremi əvəzləyir
76. Emin Mustafeyin zərbəsini qapıçı dəf edir

82. İlqar Qurbanov cərimə zərbəsini qapıçı zərərsizləşdirir
88. Eltuna qarşı kobud oynayırlar
Oyun başa çatdı
88. Eltuna qarşı kobud oynayırlar
Oyun başa çatdı