11 iyul 2012 12:43
Yığmamızın rəqibini çalışdıra biləcək mütəxəssislərin siyahısı açıqlandı
Rusiya Futbol İttifaqı bu ölkənin milli komandasının baş məşqçisi vəzifəsinə namizəd olan mütəxəssislərin adlarını rəsmən açıqlayıb. Azerisport.az xəbər verir ki, ruslar hazırda 13 mütəxəssis arasında seçim edirlər.
Bunlar Rafael Benites, Anatoli Bışovets, Marselo Byelsa, Valeri Qazzaev, Xosep Qvardiola, Fabio Kapello, Andrey Kobelev, Yuri Krasnojan, Marçello Lippi, Valeri Nepomnyaşi, Nikolay Pisarev, Harri Rednapp və Yuri Syomindi. Lakin rusların bu mütəxəssislərdən hansı ilə razılığa gələ biləcəyini zaman göstərəcək.
Qeyd edək ki, Rusiya yığması DÇ-2014-ün seçmə mərhələsində millimizin rəqibidi.
