11 iyul 2012 12:51
İbrahim Karqbo: Zədəm olsa da, Mura ilə oyunu buraxmaq istəmirəm
“Bakı”nın müdafiəçisi İbrahim Karqbo zədələnib. Azerisport.az saytına müsahibəsində o, Avropa Liqasının birinci təsnifat mərhələsinin Sloveniya “Mura”sı ilə cavab oyunu öncəsi bunları dilə gətirib:
“Ciddi və qorxulu bir şey yoxdu. Fikrimcə, bu zədə mənə qarşıdakı oyunda iştirak etməyə mane olmamalıdı. Belə bir vacib oyunu buraxmaq istəməzdim. Çünki komandama qələbə qazanmaq lazımdı. Sloveniyalıları mütləq keçməliyik. Əminəm ki, belə də olacaq”.

Qeyd edək ki, Bakıda keçirilən ilk oyunda qolsuz heç-heçəyə razılaşan bu komandaların cavab görüşü sabah keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.