12 iyul 2012 01:07

Denis İvanov: Mura ilə cavab matçında hər şey ola bilər

“Bakı”nın müdafiəçisi Denis İvanov Avropa Liqasının birinci təsnifat mərhələsinin Sloveniya “Mura”sı ilə cavab oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
 
- “Mura” ilə cavab oyunundan nə gözləyirsiz?
- Bizi çox ciddi, çətin və məsuliyyətli bir oyun gözləyir. Bu oyunun vacibliyi haqda xüsusi danışmağa ehtiyac da yoxdu. Hər kəs qarşılaşmanın əhəmiyyətini yaxşı dərk edir.
 
- Rəqibinizdən ilk oyunda elə müqavimət gözləyirdiniz?
- Bilirdim ki, çətin olacaq. Sloveniya çempionatının səviyyəsi yaxşıdı. Ona görə “Mura”nın belə oyunu təəccüblü deyildi. Komanda xüsusilə müdafiədə çox yaxşı oyun sərgiləyir. Amma bütövlükdə, onlar bizi heç nə ilə təəccübləndirə bilmədilər.
 
- “Bakı”nın növbəti mərhələyə çıxmaq şansları nə qədərdi?
- 0:0-dan sonra şanslar barədə danışmaq çox çətindi.
 
- Deməli, ilk oyunda favoritin müəyyənləşmədiyini düşünürsüz?
- Nəticə göstərdi ki, bu, həqiqətən belədi. İndi hər şeyə cavab oyununda aydınlıq gələcək. Öncədən nəsə demək çətindi. İlk oyundakı heç-heçədən sonra indi hər şey ola bilər.

- Bəs komandanız mərhələ keçə bilməsə necə olacaq?
- Bu barədə danışmaq istəmirəm. Oyundan öncə hansısa nəticə çıxarmaq düzgün olmaz. Hər şey oyundan sonra bəlli olacaq. Ümid edirəm ki, biz növbəti mərhələyə adlayacağıq.
 
- Aydın məsələdi ki, güclü qalib gəlməlidi. Siz, “Bakı”nı rəqibinizdən güclü saymırsız?
- Bunu sadəcə belə sözdə demək istəmirəm. Mən deyə bilərəm ki, biz güclüyük. Bəs birdən qələbə qazana bilməsək necə? Axı ilk oyunda da bunu bacarmamışıq.

- İlk oyunda “Bakı”nın müdafiə xəttinin işi az olmuşdu. Bu dəfə nə gözləyirsiz?
- Həqiqətən də həmin oyunda ərazi üstünlüyü əlimizdə olduğundan, müdafiə xəttinin işi çox az oldu. Bu dəfə isə səfərdə oynayacağıq. Fikrimcə, rəqibimiz hücumda fəal olacaq. Çünki onlara da qol vurmaq lazımdı.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.