12 iyul 2012 13:27

Böyükağa Hacıyev: Neftçi qələbənin əsasını Bakıdakı matçda qoymalıdı

Azərbaycan çempionu “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev azerisport.az saytına müsahibəsində komandasının Avstriyada həyata keçirdiyi təlim-məşq toplanışından, eləcə də Çempionlar Liqasında Gürcüstan “Zestafoni”sinə qarşı keçirəcəkləri oyunlardan danışıb.
 
- Öncə toplanış çərçivəsindəki son matçınız haqda fikirlərinizi bilmək istərdik...
- Təəssüf ki, Zaqreb “Dinamo”su ilə oyunumuz başa çatmadı. Komandamız yaxşı futbol sərgilədi. Qalan yarım saat ərzində necə olacaqdı, onu bilmirəm. Onu deməliyəm ki, “Neftçi” hələ mənim istədiyim ideal oyunu sərgiləyə bilmir. Mənə elə gəlir ki, yeni futbolçuların komanda yoldaşları ilə meydandakı anlaşma səviyyəsi hələ lazımı səviyyədə deyil. Lakin hər şeyin zamanla yoluna düşəcəyinə inanıram.

- Yeri gəlmişkən, bu oyunun yarıda qalmasına hava şəraiti səbəb oldu, ya fanatlar?
- Orda “Dinamo”nun azarkeşləri ilə oyunu izləyən klubun prezidenti arasında nəsə problem var idi. Onlar klub prezidentinin ünvanına nəsə deyirdilər. Mətbuatda oxudum ki, zaqrebli fanatlar Saşa Stamenkoviçi də söyüblər. Amma bu, belə deyil.
 
- Flavinyonun durumu nə yerdədi?
- Onun kiçik zədəsi var. Xoşbəxtlikdən elə də ciddi deyil. Hazırda həkimlər onu meydana qaytarmaq üçün əllərindən gələni edirlər. Flavinyo yaxşı futbolçudu. Onun bərpa prosesinə elə də uzun zaman lazım deyil. İnanıram ki, “Zestafoni” ilə Bakıdakı ilk oyuna qədər sıraya dönəcək və komandaya kömək edəcək.
 
- Bəs Rodriqinyo?
- O komanda ilə birgə məşq edir. Onun da mümkün qədər tez hazır olmasını istəyirik. Hələlik “Zestafoni” ilə ilk oyunda çıxış edəcəyini söyləyə bilmərəm. Hər şey son durumundan asılı olacaq.
 
- “Neftçi” transfer çalışmalarını dayandırıb?
- Mümkündü ki, daha bir transfer həyata keçirək.

- “Zestafoni”nin oyunlarını izləmisiz. Bu komanda sizdə necə təsir bağışladı?
- Bu, Gürcüstanın ən güclü klubudu. Onların heyətində əla gənc futbolçular var. Bu komanda ilə oyunumuz çox çətin olacaq. Amma “Neftçi” bu rəqibini keçməyə borcludu. Qələbənin əsasını Bakıdakı matçda qoymalıyıq. “Zestafoni” hücum futbolu sərgiləyir, hücumlardan fəal istifadə edir. Biz bu komandaya qarşı necə oynayacağıq? Bax bu artıq bizim problemimizdi.
 
- İlk oyunda sizi hansı nəticə qane edəcək?
- Ancaq qələbə. 2:0 və ya daha böyük hesablarla. Ancaq belə olan halda qarşıya inamla baxmaq olar.
 
- Digər klublarımızın avrokuboklardakı nəticələri barədə nə deyə bilərsiz?
- “İnter” səfərdəki oyununda çox inamlı təsir bağışladı. Komanda artıq ikinci mərhələnin oyununa hazırlaşa bilər. Çox şadam ki, “Xəzər Lənkəran” da qələbə qazandı. Özü də ilk qolu rəqib qapısından Ruslan Abışov keçirdi. “Bakı” və “Neftçi”nin də uğuruna inanıram. Ümumiyyətlə, bu mövsüm bizim komandalar üçün uğurlu olmalıdı.
 
- Abışovun qolu sizi sevindirdi?
- Bəli. Fəxr edirəm ki, “Neftçi” belə bir futbolçu formalaşdırıb. O, yaxşı formada olduğunu göstərdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.