12 iyul 2012 13:34
Galatasaray Burak Yılmazı da heyətinə qatdı (FOTO)
Son Türkiyə çempionu "Galatasaray" növbəti transferini gerçəkləşdirib. Azerisport.az xəbər verir ki, “sarı-qırmızılar” "Trabzonspor" klubunun hücumçusu Burak Yılmazı 5 milyon avro qarşılığında heyətinə qatıb.
Son günlər Moskvanın "Lokomotiv" klubuna keçəcəyi söylənilən Burak gözlənilmədən "Galatasaray"la müqavilə imzalayıb. Baxmayaraq ki, onun bu komandaya transferi uzun müddət idi ki, gündəmdə idi.
Qeyd edək ki, bu günlərdə "Lokomotiv" klubu ilə danışıqlar aparan Burakın maliyyə məsələsində razılığa gələ bilmədiyi söylənilir.
"Galatasaray"ın Burakdan öncə Türkiyə millisinin digər hücumçusu Hamit Altıntopu da heyətinə qatdığını xatırladaq.
