12 iyul 2012 01:35
UEFA Xəzər Lənkəranın növbəti matçının hakimini açıqladı
Avropa Liqasının ikinci təsnifat mərhələsinə vəsiqə qazanan “Xəzər Lənkəran”ın ilk oyununu idarə edəcək hakimin kimliyi müəyyənləşib. Azerisport.az xəbər verir ki, UEFA “Xəzər Lənkəran”la “Lech” (Polşa) – “Jetisu” (Qazaxıstan) cütünün qalibi arasında keçiriləcək matçı avstriyalı referiyə tapşırıb.
Belə ki, qarşılaşmanı 39 yaşlı Robert Şkorgenhofer idarə edəcək. Lənkəran şəhər stadionunda keçiriləcək matçın başlama vaxtı da müəyyənləşib. Qarşılaşmanın start fiti saat 20:00-daçalınacaq.
