12 iyul 2012 21:30
AZAL Mersin İdmanyurdu üzərində qələbə qazandı (YENİLƏNİB)
Növbəti mövsümə hazırlığı davam etdirən AZAL bu gün Türkiyə toplanışı çərçivəsində ikinci sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, “təyyarəçilər”in bu dəfəki rəqibi də Türkiyə klubu idi.
Belə ki, Vaqif Sadıqov yetirmələrini Super Liqa təmsilçisi “Mersin İdmanyurdu” ilə oyunda sınayıb. Bu komanda Türkiyə çempionatının son mövsümündə 18 komanda arasında 13-cü olmuşdu.
Lakin Azərbaycan təmsilçisi ilə oyun türklərin məğlubiyyəti ilə başa çatıb. İlk yarıda hesabı açan AZAL sonradan üstünlüyünü əldən versə də, fasilədən sonra daha bir qol vuraraq, qələbə qazanıb.
Qeyd edək ki, AZAL dünən daha bir Türkiyə təmsilçisi ilə qarşılaşmışdı. Super Liqada çıxış edən “Antalyaspor” “təyyarəçilər”i 2:0 hesabıyla məğlub etmişdi.
Yoxlama oyunu
12 iyul
MERSİN İDMANYURDU – AZAL- 1:2 (0:1)
Qollar: J.Nildo, 30, Z.Benuahi.
AZAL oyuna bu start heyətlə çıxıb: Cahangir Həsənzadə, Usim Nduka, Ruslan Zubkov, Oliveyra, Viktor İbekoyi, Zohair Benuahi, Junior Nildo, Aleksandr Mladenov, Branislav Arsenyeviç, Orxan Həsənov, Tagim Novruzov.
