12 iyul 2012 14:39
Üç ildi İsrail tərəfindən həbsdə saxlanılan futbolçu azadlığa buraxıldı
Üç il İsrail həbsxanasında saxlanılan Fələstin milli komandasının futbolçusu Mahmut Əl-Sarsak azadlığa buraxılıb. Azerisport.az xəbər verir ki, onun həbsi uzun müddət idi ki, əsas qalmaqal mövzusu idi.
Bununla əlaqədar hətta FİFA rəhbərliyi də işə qarışmışdı. FİFA prezidenti Zepp Blatter hətta İsrail Futbol Federasiyasının da bu məsələyə müdaxiləsini tələb etmişdi. Nəhayət beynəlxalq futbol ictimaiyyətinin və FİFA-nın təzyiqi ilə azadlığa buraxılan Əl-Sarsak Fələstinə qayıdıb. P, ölkəsinin ən böyük şəhəri Qəzzədə böyük sevinclə qarşılanıb.
Qeyd edək ki, 25 yaşlı futbolçu İslam Cihad qruplaşması ilə sıx əlaqə yaratmaqda günahlandırılırdı.
