12 iyul 2012 01:43

İnter yoxlama matçında qalib gəldi

Gələn mövsüm üçün hazırlığlarını davam etdirən "İnter"in əvəzedici heyəti növbəti yoxlama görüşünü keçirib. Azerisport.az xəbər verir ki, Zabrat qəsəbə stadionunda birinci dəstə təmsilçisi "Neftçala"  komandası ilə qarşılaşan əvəzedicilər bu görüşdə 4:2 hesablı qələbə qazanıblar.
 
"İnter"in heyətində Nurxan Mənsimzadə iki qol vurub. Digər topları isə Əbülfəz Hüseynli və Kənan Cəfərov rəqib qapısından keçiriblər.
 
Qeyd edək ki, ayın 14-də Tofiq Mustafayevin yetirmələri Qusara yollanaraq orada növbəti təlim-məşq toplanışı keçirməklə  gələn mövsüm üçün hazırlığlarını başa vuracaq.
 
"Neftçala" komandası ilə matçdan  sonra "İnter"in əvəzedici heyətinin baş məşqçisi Tofiq Mustafayev keçirilmiş oyun haqqında danışıb: "Bu görüş yoxlama xarakteri daşıyırdı. Qarşılaşmanın əsas məqsədi komandamızın fiziki və taktiki hazırlığlarını nəzərdən keçirmək idi. Oyundan razı qalsam da etiraf etmək istərdim ki, komandada bəzi çatışmamazlığlar var. İlk növbədə xətlər arasındaki əlaqə üzərində işləməliyik, müdafiədən hücuma daha tez keçməliyik. Demək istərdim ki, əsas problemlərimizdən biri yerinə yetirdiyimiz künc zərbələrindən sonra müdafiə zonasına çox gec qayıdmağımızdı. Bundan başqa, əsas komandanın rəhbərliyinə də öz minnətdarlığımı bildirmək istərdim. Onlar əsas heyətlə birgə məşq edən bir neçə futbolçunu-Ramil Mansurovu, Aleksandr Qrossu və Roman Cəfərovu bu oyun üçün bizim sərəncamına buraxıblar və adıçəkilən oyunçular bizə bu görüşdə kömək göstəriblər".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.