12 iyul 2012 15:46

“Muranı keçə bilməsək, bu, bizim üçün böyük bir mənfi hal olar”

“Bakı”nın yarımmüdafiəçisi Elvin Məmmədov Avropa Liqasının birinci təsnifat mərhələsinin Sloveniya “Mura”sı ilə cavab oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
 
- Sizə elə gəlmir ki, “Mura” Bakıdakı oyunda fərqli, doğma meydanda fərqli oyun sərgiləyəcək?
- Əlbəttə, onlar bu dəfə daha çox hücum edəcəklər. İnanmıram ki, “Mura” ev oyununda da müdafiəyə çəkilsin. Bu, bizim hücumçulara özlərini göstərmək imkanı yaradacaq. Erkən qol bizə çox kömək edə bilər. Belə olan halda rəqibimiz elə ilk dəqiqələrdən va-banka getməli olacaq.
 
- İlk oyunda “Mura” məhz müdafiə xətti ilə yadınızda qaldı?
- Onlar əsasən müdafiə olunurdular. Yaxşı müdafiəçiləri vardı. Amma biz, onların qarşısına aciz qalmamalıyıq.
 
- İlk oyunda niyə bəzi futbolçular öz səviyyəsindən aşağı çıxış etdilər?
- Öz həmkarlarım barədə danışa bilmərəm. Bu sualı baş məşqçiyə ünvanlamaq lazımdı. Mən sadəcə bir şeyi deyə bilərəm ki, qələbəni hər kəs qazanmaq istəyər.

- İlk oyunda sanki fiziki cəhətdən hazır görünmürdünüz...
- Bizdə hər şey qaydasında idi. Sadəcə, bəxtimiz gətirmədi. “Mura” Bakını qolsuz tərk etməsinə sevinirdi. Amma biz bunun əvəzini səfərdə çıxmalıyıq.
 
- İlk oyunu analiz etmisiz?
- Bəli. Belə çıxır ki, biz qol epizodlarını çox boşa vermişik. “Mura” isə müdafiəyə diqqət ayırmaqla yanaşı, əks-hücumlara bel bağlayırdı. Halbuki, biz rəqibin daha çox hücum edəcəyini düşünürdük. Görünür, onlar güclərini cavab oyununa saxlayıblar.

- Yoxlama matçında bu komandanı 4:0 hesabıyla məğlub etməyiniz sizə problem yaratmadı ki?
- Xeyr. Hamı başa düşürdü ki, bu, tam fərqli bir oyundu. “Mura”nın heyəti dəyişmişdi. Yoxlama oyununda çıxış edənlərdən yalnız beşi Bakıda bizə qarşı oynadı. Həm də Azərbaycan futbolu o səviyyədə deyil ki, kimisə zəif rəqib adlandıraq. “Mura” da normal, döyüşkən komandadı.
 
- Bu komandanı keçə bilməsəz, necə olacaq?
- Bu barədə düşünmək də istəmirəm. Biz, bu komandanı keçəcəyik. Başqa seçimimiz yoxdu. Belə bir rəqibə məğlubiyyət bizim üçün böyük bir mənfi hal olar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.