12 iyul 2012 16:07
Böyükağa Hacıyev: Bakıdan ancaq qələbə gözləyirəm
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Avropa Liqasındakı klublarımızın çıxışlarını dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Xəzər Lənkəran”ı Estoniya “Nomme Kalju”su üzərindəki qələbəsi (iki oyunun nəticəsinə görə 4:2) münasibətilə təbrik edirəm. Demək olar ki, “İnter” də Estoniya “Trans”ı ilə hər şeyi həll edib. İlk oyundakı 5:0 hesablı qələbə böyük üstünlükdü. Qalır yalnız “Bakı”. Onlardan da ancaq qələbə gözləyirəm. İnanıram ki, onlar buna nail olacaqlar, mərhələ keçəcəklər. Avrokuboklarda biz hamımız təmsilçilərimizə azarkeşlik edirik. Çünki hamısı Azərbaycanı təmsil edirlər. Allah eləsin ki, “Neftçi” də Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Gürcüstan “Zestafoni”sini keçə bilsin”.

Qeyd edək ki, “İnter”in “Trans”la, “Bakı”nın isə “Mura” ilə cavab oyunları bu gün keçiriləcək.