12 iyul 2012 16:22
Sumqayıtın zədəliləri sıraya dönür
Yeni mövsümə hazırlaşan “Sumqayıt” məşqlərini fasiləsiz davam etdirir. Azerisport.az xəbər verir ki, səhər saatlarında dəniz kənarında fiziki hazırlıq üzərində çalışan komanda saat 11:30-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda məşqə çıxıb.
“Sumqayıt”la ikiillik müqavilə imzalayan Ramil Həşimzadə artıq komanda ilə birlikdə məşqlərə başlayıb. Orxan Əliyev, Ruslan Nəsirli və Şamil Cəmaləddinov isə U-19-un heyətindən qayıdaraq hazırlığa start verib. Bərpa prosesi keçən Uğur Pamuk və Taner Taktak fərdi məşqlərlə kifayətlənməkdədi. Hər iki futbolçunun sabahdan etibarən komanda ilə birlikdə məşqlərə başlayacağı gözlənilir.
