12 iyul 2012 18:49
Xəzər Lənkəranın Avroliqada növbəti rəqibi bəlli oldu (YENİLƏNİB)
Bu gün “Xəzər Lənkəran”ın Avropa Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, cənub klubunun rəqibinin adına “Jetisu” (Qazaxıstan) – “Lech” (Polşa) oyununda aydınlıq gəlib.
Qazaxıstanda keçirilən oyunda qalib müəyyənləşməyib. Lakin bu komandalar arasındakı ilk oyunda “Lech” 2:0 hesablı qələbə qazandığına görə, növbəti mərhələyə də məhz polşalılar çıxıblar.
Qeyd edək ki, ikinci təsnifat mərhələsinin ilk oyunları iyulun 19-da, cavab görüşləri isə 26-da keçiriləcək. Püşkə əsasən, “Xəzər Lənkəran” "Lech" ilə də ilk oyunu doğma divarlar arasında keçirməli olacaq.
Avropa Liqası
1-ci təsnifat mərhələsi (cavab oyunu)
12 iyul
JETİSU - LECH - 1:1 (ilk oyun 0:2)
Qollar: Şlusarski, 13 (0:1), Mujikov, 44 (1:1)
