12 iyul 2012 16:48

XL Türkiyə Super Liqa klublarında çıxış edən iki futbolçu ilə danışıqlar aparır

Azerisport.az sizi “Xəzər Lənkəran” futbol klubunun icraçı direktoru Höccət Hacıyevin müsahibəsi ilə tanış edir.
 
- “Xəzər Lənkəran” Avropa Liqasının II təsnifat mərhələsinə hazırlığa nə vaxt başlayacaq?
 - Komandamız Estoniyadan qayıtdıqdan sonra qısa müddətli istirahətə buraxılıb. Kollektiv iyulun 13-də Bakıda bir araya gələcək. “Happy İnn” otelində məskunlaşacaq “Xəzər Lənkəran” paytaxtda iki günlük hazırlıq prosesinin ardından iyulun 15-də Lənkərana qayıdaraq, məşqlərini davam etdirəcək.
 
- Sizcə, növbəti rəqib hansı komanda olacaq?
- Çox güman ki, bu, Polşa “Lex”i olacaq. Çünki “Lex” Qazaxıstanın “Jetısu” komandasını ilk görüşdə 2:0 hesabı ilə məğlub edib. “Jetısu”nun cavab görüşündə bu fərqi aradan qaldıra biləcəyinə inanmıram. Hər halda növbəti rəqibimizin adını bu axşam biləcəyik. İlk görüşümüz iyulun 19-da Lənkəran şəhər mərkəzi stadionunda olacaq. Oyun saat 20:00-a təyin edilib.
 
- Yeri gəlmişkən, “Jetısu” – Lex” oyununu məşqçilər heyətinizdən kimsə canlı izləyəcəkmi?
- Xeyr. Heç kim bu oyunu izləməyə getməyib. Biz növbəti oyuna hazırlaşırıq. Rəqibin kimliyindən asılı olmayaraq, Avroliqada III təsnifat mərhələsinə də vəsiqə qazanmaq üçün mübarizə aparacağıq.
 
- Heyətə növbəti mərhələdəki oyunadək yeni futbolçular cəlb etmək fikriniz var?
- Bəli. Qarşıdakı oyunadək komandamıza 2 futbolçu əlavə ediləcək. Onlardan biri yarımmüdafiəçi, digəri hücumçu olacaq. Hər iki oyunçu Türkiyə Superliqasında çıxış edir. Lakin hazırda danışıqlar getdiyi üçün onların adlarını və hansı klubda oynadıqlarını açıqlaya bilmərəm.
 
- İyulun 19-da keçirəcəyiniz oyunda klubunuzun fəxri prezidenti Mübariz Mənsimov iştirak edəcək?
- Mübariz müəllim Estoniya “Nomme Kalyu”su ilə həm ilk, həm də cavab oyununda “Xəzər Lənkəran”a böyük dəstək verdi. Ciddi işi çıxmasa, o, çox güman ki, növbəti oyunumuzu da stadiondan izləyəcək. (lent.az)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.