12 iyul 2012 22:55
Millimizin forvardı Avroliqa oyununda qol vurdu (YENİLƏNİB)
Futbol üzrə Azərbaycan millisinin üzvü Vüqar Əsgərovun çıxış etdiyi Latviyanın “Metallurg” klubu bu gün Avropa Liqasında növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, Liepaya təmçilsisi birinci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində San Marinonun “La Fiorita” klubunu qonaq edib.
Maraq üçün xatırladaq ki, Vüqarın komandası səfərdə keçirilən ilk oyunda 2:0 hesablı qələbə qazanmışdı. “Metallurg”un cavab görüşündə bu üstünlüyünü əldən verməsi inandırıcı görünmürdü. Gözlənildiyi kimi, həmyerlimizin komandası cavab görüşündə bu rəqibini daha böyük hesabla məğlub edərək, növbəti mərhələyə adlayıb.
“Metallurg”un məşqçilər korpusu ilk oyunda Vüqarın adını 18-liyə salsa da, meydana buraxmamışdı. Millimizin üzvü bu dəfə də start heyətə düşməmişdi və ehtiyatda gözləyirdi. Lakin matçın 79-cu dəqiqəsində Əsgərov da meydana çıxıb. 86-cı dəqiqədə isə o, komandasının 4-cü qoluna imza atıb.
Avropa Liqası
1-ci təsnifat mərhələsi (cavab oyunu)
12 iyul
1-ci təsnifat mərhələsi (cavab oyunu)
12 iyul
METALLURG - LA FİORİTA - 4:0
