12 iyul 2012 11:16
Hakimlərimizdən Bakıya dəstək
“Bakı” bu gün səfərdə keçiriləcək Avropa Liqasının birinci təsnifat mərhələsinin Sloveniya “Mura”sı ilə cavab oyununda dəstəksiz qalmayacaq. Azerisport.az xəbər verir ki, “zolaqlılar”ı dəstəkləyənlər arasında hakimlərimiz də olacaq.
Məlum olduğu kimi, 40 azərbaycanlı hakim hazırda Sloveniyada təlim-məşq toplanışındadı. Bu fürsətdən istifadə edərək, ədalət təmsilçilərimiz də “Mura” – “Bakı” matçını canlı izləyəcəklər. Hakimlərimizdən əlavə də müəyyən azərbaycanlı azarkeşlərin komandamıza dəstəyə gəlməsi istisna olunmur. Amma güman ki, onların sayı elə də çox olmayacaq.
