12 iyul 2012 19:15
Yığmamız Bolqarıstandan yenə güclü oldu (YENİLƏNİB)
Bu gün 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması yoldaşlıq oyununda qüvvəsini sınayıb. Azerisport.az xəbər verir ki, Qəbələ şəhərində keçirilən görüşdə millimizin rəqibi yenə Bolqarıstan yığması olub.
Qeyd edək ki, bu komandalar eyni məkanda iki gün öncə də qarşılaşmışdılar. Həmin qarşılaşma millimizin minimal hesablı qələbəsi ilə başa çatmışdı.
Elə bu qarşılaşmada da qələbə millimizə qismət olub. Sissi Raytın yetirmələri bolqar həmkarlarını yenə üstələyiblər. Bolqarıstan komandasının qapısından topları Nigar Cəlilli, Maya Danqadze, Melis Sarıaltın və Jalə Məmmədova keçirib.
Yoxlama oyunu
12 iyul
Azərbaycan – Bolqarıstan - 4:2 (2:1)
