12 iyul 2012 11:33
Juninyo: Bakıdakı oyunda olduğu kimi, Sloveniyada da hücum futbolu oynayacağıq
“Bakı”nın yarımmüdafiəçisi Xavyer Junior Vilson Avropa Liqasının birinci təsnifat mərhələsinin Sloveniya “Mura”sı ilə cavab oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- İlk oyundakı heç-heçə “Bakı”ya çoxmu təsir edib?
- Biz qələbə qazanacağımızı gözləyirdik. Əlbəttə, nəticəyə görə məyusluq var. Amma digər tərəfdən onu da nəzərə almaq lazımdı ki, biz qol buraxmamışıq və növbəti mərhələyə çıxmaq üçün gözəl şansımız var.

- “Mura” ilk oyunda necə təsir bağışladı?
- Rəqib komanda yaxşı oynadı. Oyundan öncə Azərbaycan və Sloveniya mətbuatı bu komandanın problemlərlə üzləşdiyini yazırdı. Amma biz başa düşürdük ki, istənilən halda bizə asan olmayacaq. Əksinə, ağır maliyyə durumu sanki bu komandanı daha da güclü motivasiya edir. Onlar müdafiədə çox yaxşı təsir bağışladılar. Düzdü, top əsasən bizdə olurdu. Amma sloveniyalılara qapıya zərbə vurmağa da imkan vermirdik. Fikrimcə, “Mura” ilk oyuna görə təriflənməyə layiqdi. Ən azından indiki çətinliklərlə üz-üzə olduqları halda elə oyun sərgilədiklərinə görə.

- “Bakı”nın üzərində təzyiq hiss olunur?
- Birinci oyundan sonra müəyyən tənqidlər oldu. Necə də olmasa, “Bakı” Azərbaycanın böyük klublarından biridi. Əgər bir-iki oyunda qələbə qazana bilmirsənsə, dərhal təzyiq hiss olunmağa başlayır.

- “Bakı” Sloveniyada necə oynamağa hazırlaşır?
- İlk oyunda olduğu kimi. Ümid edirəm ki, biz müdafiədə oturmayacağıq. Çünki xoşbəxtliyi rəqib qapısında axtarmaq lazımdı.

- Bu oyunda cərimə zərbələrini siz vuracaqsız?
- Əgər alınsa, hə. Amma mənim üçün zərbəni kimin vurması o qədər də önəmli deyil. Əsas odu ki, komanda qalib gəlsin.

- Sizcə, ilk oyundakı uğursuzluqda “Mura” ilə yoxlama matçındakı 4:0 hesablı qələbənin nə dərəcədə təsiri oldu?
- Məncə, bu, bizə problem yaratdı. Bilirdik ki, rəsmi oyunda bunu təkrarlamaq çətin olacaq. Amma görünür yenə müəyyən arxayınlaşma var idi.