12 iyul 2012 11:41
Premyer Liqanın püşkatma mərasimin keçirilmə vaxtı məlum oldu
Futbol üzrə Azərbaycan Premyer Liqasının püşkatma mərasimi keçiriləcək. Azerisport.az xəbər verir ki, mərasim iyulun 14-də baş tutacaq.
Məlumatı Peşəkar Futbol Liqasının rəsmi saytı yayıb. Məlumatda bildirilir ki, mərasim saat 12:00-da AFFA-nın inzibati binasında təşkil ediləcək. Tədbirdə Premyer Liqada çıxış edən klubların nümayəndələri iştirak edəcək.
