12 iyul 2012 00:02
Novruz Əzimov: Muranı keçmək üçün əlimizdən gələni edəcəyik
“Bakı”nın baş məşqçisi Novruz Əzimov Avropa Liqasının birinci təsnifat mərhələsinin Sloveniya “Mura”sı ilə cavab oyunu öncəsi jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az xəbər verir ki, o, Lendavada keçiriləcək həlledici oyunla bağlı öncə bunları dilə gətirib:
“Şübhəsiz ki, hər iki komandanın qarşısına növbəti mərhələyə vəsiqə qazanmaq vəzifəsi qoyulub. Biz öz tərəfimizdən əlimizdən gələni edəcəyik ki, qarşıya qoyulan vəzifəni həyata keçirək. Birinci oyunun nəticəsi bizi qane etmədi. Elə sərgilədiyimiz oyun da. Bax buna görə də bəzi taktiki əvəzləmələrə əl atacağıq. Cavab oyununda buna ehtiyac var”.

Əzimovun sözlərinə görə, “Xəzər Lənkəran”ın Estoniya “Nomme Kalju”su ilə oyunlarda qazandığı zəfər (2:2, 2:0), eləcə də “İnter”in digər eston klubu – “Trans” üzərindəki 5:0 hesablı darmadağını “Bakı”ya əlavə stimul verir: “Digər klublarımızın qələbələri bizi bir qədər də güclü motivasiya edir. Bunlar yaxşı xəbərlərdi. Öz növbəmizdə biz də Azərbaycanı beynəlxalq aləmdə layiqli şəkildə təmsil etmək istəyirik”.
“Zolaqlılar”ın çalışdırıcısı yoxlama oyununda “Mura”ya 4 cavabsız qol vurmalarının xatırlanmasıns da qarşı çıxıb: “4:0-ı unutmaq lazımdı. Bu, sadəcə yoxlama oyunu idi. İndi hər şey ciddidi. Rəqib komandada da dəyişikliklər olub. Ona görə də bizə asan olmayacaq”.