12 iyul 2012 00:04
Muranın məşqçisi: Daha az səhv edən mərhələ adlayacaq
Sloveniyanın “Mura” klubunun məşqçisi Frank Çifer Avropa Liqasının birinci təsnifat mərhələsinin “Bakı” ilə cavab oyunu öncəsi jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az xəbər verir ki, o, Lendavada keçiriləcək həlledici oyunla bağlı öncə bunları dilə gətirib:
“Bakıdakı oyunda qol buraxmamalı idik ki, buna da nail olduq. İlk hissə başa çatıb. İndi bizi ikinci hissə gözləyir. Rəqibimizə hörmətlə yanaşırıq. Onların güclü heyəti var. Bilirik ki, çox çətin olacaq. Cavab oyununa çox ciddi hazırlaşırıq. Sloveniyanı Avropa Liqasında yaxşı təmsil etmək istəyirik. Məncə, daha az səhv buraxan komanda qələbə qazanacaq. Yoxlama oyunundakı 0:4 hesablı məğlubiyyətimizin səbəblərinə gəlincə, o oyunda bizim bütün futbolçularımızın çıxışına şərait yaratdıq. Amma onu da etiraf etməliyəm ki, rəqibimiz yaxşı oynadı”.
