12 iyul 2012 00:08
Denis İvanov: Cavab oyununa yaxşı köklənmişik
“Bakı”nın müdafiəçisi Denis İvanov Avropa Liqasının birinci təsnifat mərhələsinin Sloveniya “Mura”sı ilə cavab oyunu öncəsi jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az xəbər verir ki, o, Lendavada keçiriləcək həlledici oyunla bağlı bunları dilə gətirib:
“İlk oyunda biz pis oyun sərgiləmədik. Yaxşı təşkilatlanmış komanda ilə qarşılaşdıq. Onlar yaxşı müdafiə olunmağı bacarırlar. Buna baxmayaraq, “Bakı” cavab görüşünə yaxşı köklənib. Bizə qələbə qazanmaq lazımdı”.
