12 iyul 2012 00:15
Bakı Lendavada son məşqə vaxtında çıxa bilmədi (FOTO)
Bu gün Avropa Liqasının birinci təsnifat mərhələsinin Sloveniya “Mura”sı ilə cavab oyununa çıxacaq “Bakı” Lendavada oyun öncəsi son məşqini edib. Azerisport.az xəbər verir ki, “zolaqlılar”ın son hazırlıq prosesi nəzərdə tutulan vaxtda baş tutmayıb.
Buna səbəb Lendavaya güclü yağış, dolu düşməsi olub. Belədə futbolçular meydana çıxmaq üçün yağışın kəsməsini gözləməli olublar.
