12 iyul 2012 00:36
Juninyo: Muraya qarşı yağışda da oynarıq
“Bakı”nın yarımmüdafiəçisi Xavyer Junior Avropa Liqasının birinci təsnifat mərhələsinin Sloveniya “Mura”sı ilə cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, Lendavada keçiriləcək həlledici oyunla bağlı bunları dilə gətirib:
“Çətin oyun olacaq. Ən azı Bakıdakından asan olmayacaq. “Mura”nın yaxşı fanat ordusu var. Ona görə bu planda da işimiz asan olmayacaq. Ümid edirəm ki, oyun zamanı yağış olmayacaq. Amma digər tərəfdən bizim üçün yağışda oynamaq da problem deyil”.
