12 iyul 2012 00:45
Bakının futbolçusu Pirlo stilində penalti vurmağı məşq edir
Avropa Liqasının birinci təsnifat mərhələsinin Sloveniya “Mura”sı ilə cavab oyununa hazırlaşan “Bakı”nın futbolçuları Lendavadakı son məşq prosesi zamanı penaltilər üzərində də çalışıblar. Azerisport.az xəbər verir ki, məşqin sonun komanda üzvləri 11 metrlik nöqtədən zərbələrinin dəqiqliyni yoxlamağa başlayıblar.
Bu mənada daha çox Əziz Quliyev, Nenad Kovaçeviç və Aleksandr Şoliç fəallığı ilə seçiliblər. Maraqlıdı ki, “Bakı”nın kapitanı Cəmşid Məhərrəmov penalti zərbəsini fərqli italiyalı yarımmüdafiəçi Andrea Pirlo stilində vurmağa qərar verib. Lakin qapıçı Aqil Məmmədov onun bu cəhdinin qolla tamamlanmasına imkan verməyib.
