13 iyul 2012 01:12
İnter qapıya 26 zərbə vurdu, ikisi qol oldu
Azerisport.az sizi UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində keçirilən “İnter”lə Estoniya “Trans”ı arasındakı cavab matçının statistikası ilə tanış edir. Qeyd edək ki, qarşılaşma komandamızın 2:0 hesablı qələbəsi ilə başa çatdı.
Nəticədə, ümumi hesabda 7:0 öndə olan təmsilçimiz mərhələ adlayan tərəf oldu. Çünki bu komandalar arasındakı ilk görüşdə də “bankirlər” üstün olmuşdular – 5:0.
İNTER – TRANS – 2:0
Qapıya zərbələr: 26-2
Çərçivəyə zərbələr: 9-2
Seyvlər: 2-7
Dirək, qapı çatı: 1-0
Ofsaydlar: 3-0
Sarı vərəqə: 0-0
Qırmızı vərəqə: 0-0
Follar: 9-9
