13 iyul 2012 13:08
Yığmamızın rəqibi daha bir sınaq matçı keçirəcək
Futbol üzrə Portuqaliya yığması özünə daha bir sınaqçı rəqib tapıb. Azerisport.az xəbər verir ki, Paulo Bentunun rəhbərlik etdiyi bu komanda Panama millisi ilə yoldaşlıq görüşü keçirəcək.
Qarşılaşma avqustun 15-də baş tutacaq. Görüşün konkrer harda keçiriləcəyinə və saat neçədə başlayacağına isə bundan sonra aydınlıq gətiriləcək.
Qeyd edək ki, Portuqaliya DÇ-2014-ün seçmə mərhələsində Azərbaycanın rəqiblərindən biridi.
Qeyd edək ki, Portuqaliya DÇ-2014-ün seçmə mərhələsində Azərbaycanın rəqiblərindən biridi.
