13 iyul 2012 13:38
Leon Horvat: Bakını keçdiyimiz üçün çox xoşbəxtəm
Sloveniyanın “Mura” klubunun yarımmüdafiəçisi Leon Horvat Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Azərbaycan kubokunun qalibi “Bakı” üzərində qazandıqları zəfərdən (0:0, 2:0) danışıb. Azerisport.az xəbər verir ki, o, öncə bunları dilə gətirib:
“Biz bütün çətinliklərə rəğmən, ruhdan düşmədik və sonda belə bir uğura imza atdıq. Öz hisslərimi sözlə ifadə edə bilmirəm. “Bakı”nı keçdiyimiz üçün çox xoşbəxtəm. Fikrimcə, biz göstərdik ki, böyük ürəyə və azarkeş dəstəyinə malik olan komanda uğur qazana bilər. Biz də məhz bunun sayəsində belə tarixi nailiyyət qazandıq”.

Horvat bu uğurda komanda ruhunun az önəm daşımadığını dilə gətirib: “Şübhəsiz ki, bizim heyətdə son mövsümlə müqayisədə elə də ciddi dəyişiklik yox idi. Bunun da öz köməyi dəydi. Çünki biz - heyətdəki bütün futbolçular bir-birimizlə yaxın dostuq. Belə demək mümkünsə, komandamızın devizi “bir nəfər hamı, hamı bir nəfər üçün”dü”.
“Mura”nın xavbeki bu uğura görə komandanın sabiq baş məşqçisini də tərifləyib: “Ante Şimundza böyük iş görmüşdü. İndi onun işini Feri Çifer və Damian Oslay uğurla davam etdirirlər. Fikrimcə, bütün bunların bəhrəsidi ki, biz əsl “Mura”nın gücünü nümayiş etdirə bilirik”.
Yarımmüdafiəçi bundan sonra bütün fikirlərini növbəti rəqiblərinə - Bolqarıstanın CSKA (Sofiya) klubuna yönəltdiklərini deyib: “Bizə tez bir zamanda bərpa olunmaq və çempionatın ilk turunun “Rudar”la oyununa hazırlaşmaq lazımdı. Ardındna isə CSKA barədə düşünməli olacağıq”.