13 iyul 2012 13:47
Cavid Hüseynov Türkiyə klubuna keçdi (FOTO)
Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Cavid Hüseynov özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, “Neftçi”dən ayrıldıqdan sonra aldığı çoxsaylı təkliflər arasında Cavid ölkə xaricində oynamağa üstünlük verib.
Belə ki, o, Türkiyənin “Adana Demirspor” klubuna keçib. Artıq millimizin üzvü yeni klubu ilə müqavilə də imzalayıb. Müqavilənin müddəti iki il üçün nəzərdə tutulub.
Bu günlərdə Hüseynov yeni komandasının düşərgəsinə yollanmalıdı. "Adana Demirspor"un Türkiyənin aşağı liqalarında mübarizə apardığını da qeyd edək.
