13 iyul 2012 13:56
Cavid Hüseynov yeni klubuna keçidindən danışdı
Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Cavid Hüseynov Türkiyənin “Adana Demirspor” klubuna keçidi ilə bağlı ilk fikirlərini dilə gətirib. Azerisport.az xəbər verir ki, “Neftçi”nin sabiq üzvü yeni klubunun rəsmi saytına açıqlamasında bunları söyləyib:
“Adana Demirspor” camiəsi və tərəfdarının gücünü çox yaxından bilirik. “Adana Demirspor”un hədəflərinə yaraşan bir oyun ortaya qoymağa, hər kəsi sevindirməyə çalışacağam”.
“Adana Demirspor” camiəsi və tərəfdarının gücünü çox yaxından bilirik. “Adana Demirspor”un hədəflərinə yaraşan bir oyun ortaya qoymağa, hər kəsi sevindirməyə çalışacağam”.
