13 iyul 2012 14:07
Fabio Kapello Azərbaycanın rəqibini 10 milyon avroya çalışdıracaq
Futbol üzrə Rusiya yığmasını böyük ehtimalla italiyalı mütəxəssis Fabio Kapello çalışdıracaq. Azerisport.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu ölkənin futbol federasiyası adlarını açıqladığı 13 namizəd arasında daha çox Kapelloya önəm verir.
Artıq tərəflərin bununla bağlı danışıqlar apardığı və ilkin razılığa gəldiyi bildirilir. Təcrübəli məşqçinin RFİ ilə 4 illik müqaviləyə imza atması gözlənilir. O, bu müqaviləyə əsasən ilinə 10 milyon avro qazanacaq.
Maraq üçün xatırladaq ki, Rusiya yığmasının bundan əvvəlki baş məşqçisi Dik Advokat ilinə 7 milyon avro alırdı.
Qeyd edək ki, Rusiya DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan yığmasının rəqibidi.
