13 iyul 2012 14:16
Asterasın prezidenti: Yunanıstanı Avroliqada layiqli şəkildə təmsil etməliyik
Yunanıstanın “Asteras” klubunun prezidenti Georgios Borovilos komandasının Avropa Liqasındakı hədəflərindən danışıb. Azerisport.az xəbər verir ki, Avroliqanın ikinci təsnifat mərhələsində Azərbaycanın “İnter” klubu ilə mübarizə aparacaq Tripolis şəhəri təmsilçisinin rəhbəri bunları söyləyib:
“Bu, bizim üçün yeni təcrübədi. Biz mümkün qədər bu turnirə yaxşı hazırlaşmalıyıq. Yunanıstanı layiqli şəkildə təmsil etməliyik. Bu, heç də asan olmayacaq. Çünki hansısa yoxlama oyununa çıxmırıq. Mən inanmaq istəyirəm ki, komandamız ümidləri doğruldacaq”.

Qeyd edək ki, “Asteras”la “İnter” arasındakı ilk oyun iyulun 19-da Bakıda, cavab görüşü isə ayın 26-da Yunanıstanda keçiriləcək.