13 iyul 2012 14:37

Slavço Georgiyevski: İnter Asterasla oyunlarda da özünü yaxşı tərəfdən göstərməlidi

“İnter”in yarımmüdafiəçisi Slavço Georgiyevski Avropa Liqasının birinci təsnifat mərhələsində Estoniya “Trans”ına qarşı keçirilən cavab matçından sonra azerisport.az saytının suallarını cavablandırıb. Makedoniyalı futbolçu 2:0 hesablı qələbə qazandıqları görüşlə bağlı öncə bunları dilə gətirib:

“Bu gün biz Estoniyada başladığımız işi başa vurduq. Fikrimcə, etməli olduğumuzu həyata keçirdik. Yəni qələbə qazanmağı. Şadam ki, növbəti mərhələyə vəsiqə qazandıq”.
 
Slavçonun sözlərinə görə, ilk oyundakı darmadağından (5:0) sonra rəqib komandanın Bakıda müdafiəyə daha çox qapanması onlar üçün gözlənilməz olmayıb: “Estonlar gözlənilməz heç nə göstərmədilər. Bizim gözlədiyimiz kimi oynadılar. Şübhəsiz ki, müdafiədən oynamağa çalışırdılar. Bu da yəqin ki, başa düşüləndi. Biz də oyuna ciddi yanaşırdıq. Hər şeyə ilk oyunda aydınlıq gəlsə də, bu görüşdə də qalib gəlmək istəyirdik”.
 
Georgiyevski bu oyunda ilk qolun müəllifi olmasına da toxunub: “Əlbəttə, şadam ki, mən də qol vurdum. Maraqlı zərbə alındı. Amma qol olmasaydı da, o zərbəni vuracaqdım. Əsas odu ki, hədəfə düşdü və komandama kömək etdi”.
 
“İnter”in dayaq yarımmüdafiəçisi Avroliqanın ikinci təsnifat mərhələsində onları gözləyən Yunanıstanın “Asteras” klubundan da danışıb: “Düzünü deyim ki, hələ yunanlar haqda düşünməmişəm. İndi də bütün fikirlərim estonlarla cavab oyununun yanındadı. Lakin tezliklə “Asteras”la oyunların hazırlıqlarına start verəcəyik. İstənilən halda rəqibimiz sıradan bir komanda sayıla bilməz. Buna baxmayaraq, biz özümüzü yaxşı tərəfdən göstərməliyik”.
 
Georgiyevski “Asteras”la oyunlardakı şanslarından da danışıb: “Hələ bu barədə nəsə deməkdə çətinlik çəkirəm. Hazırda “Asteras”ın nə dərəcədə güclü komanda olduğunu yaxşı bilmirəm. Məşqçilərimiz hələ informasiya toplayacaqlar və rəqib barədə bizə hər şeyi izah edəcəklər. Fikrimcə, hər şeyi oyunlar göstərəcək”.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.