13 iyul 2012 14:43
Sumqayıt Türkiyədə 3 sınaq matçına çıxacaq
2012/2013 mövsümünə hazırlaşan “Sumqayıt” Futbol Klubu ölkə xaricinə təlim-məşq toplanışına yollanacaq. Azerisport.az xəbər verir ki, Bernard Raabın rəhbərlik etdiyi komanda iyulun 21-dən 30-dək Türkiyənin Nevşehir bölgəsində hazırlıq keçəcək.
Komanda Avanos vilayətində yerləşən “Avrasiya” oteldə məskunlaşacaq. “Sumqayıt” Türkiyədə üç yoxlama oyunu keçirməyi planlaşdırır. Rəqiblərin kimliyi barədə isə hələlik məlumat verilmir.
