13 iyul 2012 15:03
Xəzər Lənkəranın rəqibinin heyətində diqqət çəkən debüt
Avropa Liqasının ikinci təsnifat mərhələsində “Xəzər Lənkəran”ın rəqibi olan Polşanın “Lech” klubunun heyətində ötən gün diqqətçəkən debüt baş tutub. Azerisport.az xəbər verir ki, Poznan təmsilçisinin Qazaxıstan “Jetisu”su ilə səfərdə keçirilən cavab oyununda 18 yaşlı futbolçusu Avroliqada debüt matçına çıxıb.
Bu, müdafiəçi Tomaş Kendzioradı. O, matçın 90-cı dəqiqəsində Tomaş Slüsarskini əvəzləyib. Lakin Kendzioranın "ağ-yaşıllar"a qarşı oynayıb-oynamayacağını indidən demək olmaz.
Qeyd edək ki, Qazaxıstandakı cavab görüşü 1:1 hesabıyla başa çatıb. Lakin doğma meydanda 2:0 hesablı qələbə “Lech”ə növbəti mərhələyə çıxmaq imkanı yaradıb. Poznanlıların “Xəzər Lənkəran”la ilk oyunu iyulun 19-da Lənkəranda, 26-da Polşada keçiriləcək.
