13 iyul 2012 03:02
Novruz Əzimov Lendava faciəsini şərh etdi
“Bakı”nın baş məşqçisi Novruz Əzimov Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Sloveniya “Mura”sına qarşı keçirilən cavab matçını şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 0:2 hesablı yenilgisi ilə bağlı bunları dilə gətirib:
“Çox məyus olmuşam. Biz rəqibdən daha çox hücum edən tərəf idik. Amma bəzi səhvlərimiz də oldu və nəticədə rəqib bundan yararlanıb qələbə qazandı. Futbol məsuliyyət tələb edir. Əfsuslar olsun ki, biz bu komanda ilə bacarmadıq. Əlbəttə, məğlub olmuşuqsa, hamımız günahkarıq. Amma oyuna taktikanı düz seçmişdik. Meydanda oynayan futbolçular idi. Onlar düşüncələrimizi meydanda əks etdirməliydilər. Sadəcə, məsuliyyət, dəqiqlik və istək çatışmadı”.