13 iyul 2012 03:35
Lechin hücumçusu: Xəzər Lənkəran Jetisudan güclüdü
Polşanın “Lech” klubunun hücumçusu Vojo Ubiparip bəyan edib ki, onun komandasına Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Xəzər Lənkəran”a qarşı keçirəcəkləri oyunlar ərəfəsində istirahət lazımdı. Azerisport.az xəbər verir ki, serbiyalı futbolçu birinci təsnifat mərhələsində mübarizədən kənarlaşdırdıqları Qazaxıstanın “Jetisu” klubu ilə görüşdən sonra bunları dilə gətirib:
“Fikrimcə, biz qarşıdakı iki gündə heç nə etməyəcəyik. Çünki artıq ayın 18-də Azərbaycanda olmalıyıq. “Xəzər Lənkəran”la oyun öncəsi bir qədər istirahət etməliyik. Bu komanda “Jetisu”dan fərqli olaraq, daha yaxşı futbol oynayır. Bütövlükdə, qarşıdakı rəqibimizin daha güclü olduğunu hesab edirəm”.
