13 iyul 2012 15:40
Ağasəlim Mircavadov: XL Lech səddini keçə bilər
Təcrübəli futbol mütəxəssisi Ağasəlim Mircavadov azerisport.az saytına müsahibəsində Avropa Liqasında çıxış edən klublarımızın çıxışlarını şərh edib, eləcə də mübarizəsini davam etdirən “Xəzər Lənkəran”la “İnter”in növbəti mərhələdəki şanslarını dəyərləndirib.
- “Bakı”nın Sloveniya “Mura”sını necə qarşıladınız?
- “Bakı”nın heyətində orta sahə ilə bağlı problemi var. Bu, onların hələ “Mura” ilə ilk oyununda diqqətimi çəkmişdi. Yarımmüdafiə xətti rəqibi saxlaya bilmirdi. Maris Verpakovski formada deyildi. Uinston Parksın artıq çəki problemi var idi. Bütün bunlara baxmayaraq, paytaxt klubu “Mura”nı keçməyə borclu idi. Bu, bizim klub üçün çox mənfi haldı.

- “İnter” haqda yəqin ki, nəsə soruşmağa dəymir?
- Bəli. Onlar hər şeyə elə ilk oyunda aydınlıq gətirmişdilər. Estoniya “Trans”ı “İnter”ə mane ola bilməzdi.
- Bəli. Onlar hər şeyə elə ilk oyunda aydınlıq gətirmişdilər. Estoniya “Trans”ı “İnter”ə mane ola bilməzdi.
- “Xəzər Lənkəran” da “İnter” kimi mərhələ adlamağı bacardı. İndi bu komandanı Polşa “Lech”i ilə mübarizə gözləyir. Vaxtilə siz bu komandanı çalışdırarkən, polşalılarla üz-üzə gəlmisiz...
- Həmin dövrlə müqayisədə çoxlu dəyişikliklər baş verib. Heyətlər, məşqçilər dəyişib. Mənim dövrümdə “Lech”də 2-3 güclü futbolçu çıxış edirdi. Məsələn, Levandovski. Hansı ki, o, Dortmund “Borussia”sı ilə iki dəfə Almaniya çempionu adını qazandı. “Lech” bizi təcrübəsi sayəsində mübarizədən kənarlaşdırdı. Bizdə məhz bu çatışmırdı. Həm də o dövrdə polşalıların orta sahəsi çox güclü idi. Nəsə etmək çətin idi.
- Sizcə, “Xəzər Lənkəran” “Lech” səddini keçə bilər?
- Komanda birinci təsnifat mərhələsindəki uğuru yaddan çıxarmalıdı. Bu, artıq tarixdə qaldı. Toparlanmaq, heyəti gücləndirmək lazımdı. “Xəzər Lənkəran” polşalılarla ilk oyuna hazır olmalıdı. Çox şeyə elə Lənkəranda aydınlıq gələ bilər.

- Razısız ki, Polşa səddi bizim üçün çox uğursuz alınır?
- Xeyr. Düzdü, biz onlara yığma səviyyəsində uduzmuşuq. Amma “Qarabağ” “Visla” səddini keçməklə polşalıları məğlub etməyin mümkünlüyünü sübut edib. Sadəcə, “Lech” “Nomme Kalju” deyil. Polşalı futbolçular bizimkilərdən fərqli olaraq, yaxşı başa düşürlər ki, hər belə oyunda özlərini göstərməklə daha yaxşı klublara keçə bilərlər.

- Bəs bizim oyunçular eyni şeyi düşünmürlər?
- Hər halda bunu görmürük. Biz çox deyirik ki, futbolumuz inkişaf edir, gündən-günə güclü oluruq və s. Amma indiyə qədər hələ bir klubumuz avrokuboklarda qrup mərhələsinə vəsiqə qazana bilməyib. Bir şeyi deyə bilərəm ki, “Lech” bir neçə il əvvəlki qədər əzəmətli deyil. Bu komandanı keçmək olar.
- Bu günlərdə belə bir məlumat yayıldı ki, “Xəzər Lənkəran”ın və yığmamızın qapıçısı Kamran Ağayev İngiltərə klubu ilə danışıqlar aparmaq üçün Londona gedib. Sizin buna münasibətiniz necədi?
- İngiltərə klubunu heyətində möhkəmlənmək üçün qapıçıya həm çıxışlarda, həm də ayaqla yaxşı oynamaq lazımdı. Ağayevdə ayaqla oynamaqda problem yoxdu. Amma çıxışlarda öz üzərində işləməlidi. Onun ölkə xaricinə getməli olduğu hələ bir neçə il öncədən bəlli idi. Fikrimcə, Kamran İngiltərədə möhkəmlənə bilər.