13 iyul 2012 16:08
“CSKA Bakıdan daha güclü komandadı”
Sloveniyanın “Mura” klubunun yarımmüdafiəçisi Erik Yanja bəyan edib ki, onların Avropa Liqasının ikinci təsnifat mərhələsindəki rəqibləri – Bolqarıstanın CSKA (Sofiya) klubu Azərbaycan kubokunun qalibi “Bakı”dan güclüdü. Azerisport.az xəbər verir ki, ilkin təsnifat mərhələsində Azərbaycan təmsilçisi üzərində qazandıqları zəfərdən (0:0, 2:0) danışarkən, o, bunları dilə gətirib
“Bakı” çox hücum edirdi. Amma əsas qoldu ki, onu da biz vurmağı bacardıq. Birinci hissədən sonra da qərara aldıq ki, müdafiə olunmağa davam edib, öz şansımızı gözləyək. Elə də oldu. Qarşıdakı rəqibimizə gəlincə, Sofiya CSKA-sı “Bakı”dan güclüdü. Mən buna əminəm”.
