13 iyul 2012 17:02
İtaliya və Xorvatiya millilərinin ardınca Xəzər Lənkəran (FOTO)
Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Polşanın “Lech” klubu ilə Azərbaycanın “Xəzər Lənkəran” komandası arasında keçiriləcək cavab oyununun hansı arenada baş tutacağı dəqiqləşib. Azerisport.az xəbər verir ki, bu görüş Poznan şəhərindəki “Mieyski” stadionunda keçiriləcək.
Qeyd edək ki, bu arenada Polşa və Ukraynada keçirilən Avropa çempionatı öncəsi yenidənqurma işləri aparılıb. Hazırda stadion 42 269 azarkeş tutumuna malikdi.
“Lech” – “Xəzər Lənkəran” matçı iyulun 26-da keçiriləcək. Həmin görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bu komandalar arasındakı ilk qarşılaşma isə ayın 19-da Lənkəran şəhər stadionunda baş tutacaq. Qarşılaşma saat 20:00-da start götürəcək.
