13 iyul 2012 17:36
İnter üçün İnter və ya XL üçün gözəl fürsət
Azərbaycanı Avropa Liqasında təmsil edən klublardan “Bakı” mübarizəni erkən dayandırsa da, “Xəzər Lənkəran”la “İnter” yoluna davam edirlər. Azerisport.az xəbər verir ki, klublarımızın müvafiq olaraq Polşa “Lech”i və Yunanıstan “Asteras”ı ilə ikinci təsnifat mərhələsindəki mübarizəsinin necə başa çatacağı maraqla gözlənilir.
Bu arada Avroliqadakı təmsilçilərimizin mərhələ adlayacaqları halda qarşılaşacaqları potensial rəqiblərinin siyahısı da müəyyənləşib. Belə ki, üçüncü təsnifat mərhələsinə adlayacaqları təqdirdə “Xəzər Lənkəran”la “İnter”i nəhəng rəqiblər gözləyir. Hansı ki, azərbaycanlı futbolsevərlər həmin klubların oyunlarını daha çox televizordan izləmək imkan qazanır.
Qeyd edək ki, “İnter” “Asteras”ı mübarizədən kənarlaşdırsa, üçüncü təsnifat mərhələsinin püşkatması zamanı “səpələnməmişlər” səbətinə düşəcək. Çünki Bakı klubu kimi, Yunanıstan təmsilçisi də reytinqinə görə də elə də yuxarılarda yer almır. Belədə, “bankirlər”i özündən daha güclü rəqiblər gözləyəcək. Hansı ki, onların arasında komandamızın İtaliyadakı adaşı – Milan “İnter”i də var. Milanlılarla yanaşı İngiltərənin “Liverpool”, Fransanın “Olympique” (Marsel), Hollandiyanın “Twente”, İspaniyanın “Athletic”, Almaniyanın “Hannover”, Türkiyənin “Bursaspor”, Portuqaliyanın “Maritimo”, Rusiyanın “Dinamo (Moskva), “Anji”, İsveçin “Elfsborg” klubları bunlardan bəziləridi.
Amma “İnter”dən fərqli olaraq, “Xəzər Lənkəran”ın rəqibləri o qədər də qorxunc görünmürlər. Belə ki, “ağ-yaşıllar” mərhələ keçəcəyi halda rəqib komandanın – “Lech”in yüksək reytinqi sayəsində püşkatma mərasimi zamanı əla şans qazanacaq. Belə ki, Yunis Hüseynovun komandası “səpələnmişlər” səbətində qərarlaşacaq.
Əgər xatırlayırsızsa, vaxtilə “Qarabağ” da belə bir şans əldə etmişdi. O vaxt Ağdam klubu ikinci təsnifat mərhələsində Norveç “Rosenborg”unu məğlub edərək, üçüncü mərhələdə daha zəif komanda ilə - Finlandiyanın “Honka” klubu ilə düşmüşdü. Hansı ki, onları məğlub etmək Qurban Qurbanovun yetirmələri üçün elə də çətin olmadı.
Qeyd edək ki, üçüncü təsnifat mərhələsinin püşkü iyulun 20-də atılacaq.
Qeyd edək ki, üçüncü təsnifat mərhələsinin püşkü iyulun 20-də atılacaq.
Səpələnmişlər (və ya “İnter”in potensial rəqibləri)
Inter (İtaliya), Liverpool (İngiltərə), Olympique (Marsel, Fransa), Twente (Hollandiya), Athletic (Bilbao, İspaniya), APOEL (Kipr), Hannover (Almaniya), PAOK (Yunanıstan), Steaua (Buxarest, Rumıniya), Sparta (Çexiya), Lech (Polşa), Rosenborg (Norveç), Heerenveen (Hollandiya), Anorthosis (Kipr), Young Boys (İsveçrə), Genk (Belçika), Viktoria (Çexiya), Bursaspor (Türkiyə), Maritimo (Portuqaliya), Gent (Belçika), Rapid (Vyana, Avstriya), Legia (Polşa), Levski (Bolqarıstan), Dinamo (Moskva, Rusiya), Crvena Zvezda (Serbiya), Metallurg (Donetsk, Ukrayna), CSKA (Sofiya, Bolqarıstan), Elfsborg (İsveç), Anji (Rusiya).

Səpələnməmişlər (və ya “Xəzər Lənkəran”ın potensial rəqibləri)
Vitesse (Hollandiya), Omonia (Kipr), Mlada Boleslav (Çexiya), Arsenal (Kiyev, Ukrayna), Rapid (Buxarest, Rumıniya), Slovan (Slovakiya), Hajduk (Xorvatiya), Asteras (Yunanıstan), Bnei Yehuda (İsrail), Kalmar (İsveç), Eskişehirspor (Türkiyə), Ried (Avstriya), Dundee United (Şotlandiya), AIK (İsveç), Horsens (Danimarka), Aarhus (Danimarka), Aalesund (Norveç), Maccabi (Netanya, İsrail), Servette (İsveçrə), Admira Wacker (Avstriya), Aktobe (Qazaxıstan), Ruch (Polşa), St. Patrick's (İrlandiya), Spartak (Trnava, Slovakiya), Tromse (Norveç), Slaven (Xorvatiya), Gomel (Belarus), Vojvodina (Serviya), JJK (Finlandiya).