13 iyul 2012 18:00
Neftçi – Zestafoni matçının biletləri satışa çıxarıldı
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Neftçi" - "Zestafoni" matçının biletləri satışa çıxarılıb. Azerisport.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Azarkeşlər bilet almaq üçün aşağıda göstərilmiş satış nöqtələrinə yaxınlaşa bilərlər.
Satış nöqtələrinin ünvanları:
1.Park Bulvar Alış Veriş Mərkəzi
2.Metro Park Ticarət Mərkəzi
Yuxarıda göstərilən ünvanlarla yanaşı Fəvvarələr meydanında və şəhərin digər nöqtələrində səyyar satış həyata keçirilir.
Qeyd edək ki, "Neftçi" - "Zestafoni" qarşılaşması iyulun 17-i keçiriləcək. Oyun saat 21:00-da başlayacaq.
