13 iyul 2012 18:42
Qurban Qurbanov Türkiyə mətbuatına danışdı
“Qarabağ” Qızılcahamamda təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, komandaya qardaş ölkə mətbuatının diqqəti yetərincədi.
Türkiyənin tanınmış “Anadalu Ajansı” komandamızın düşrgəsində olub və baş məşqçi Qurban Qurbanovdan müsahibə alıb. “AA”-ya müsahibəsində çalışıdırıcı hazırlığın ümumi gedişindən, qarşıdan gələn çenmpionatdakı hədəfləriylə yanaşı Türkiyə futbolu ilə bağlı sualları da cavablandırıb. Qardaş ölkə futbolunu yaxından izlədiyini və maraqlandığını və azərbaycanlı futbolçuların yaxın 3-4 ildə Super Liqada çıxış edə biləcəyini vurğuladı. “Türkiyə futbolunda kimi bəyənirsiz” sualına ad çəkməsə də, Qurbanov bir neçə futbolçunun çıxışını xoşladığını ifadə etdi.
