13 iyul 2012 18:52
AFFA prezidenti: Bakının məğlubiyyətinə çox məyus oldum
AFFA prezidenti Rövnəq Abdullayev avrokuboklarda çıxış edən klublarımızın çıxışını dəyərləndirib. Azerisport.az xəbər verir ki, futbol təsərrüfatımızın rəhbəri bunları dilə gətirib:
“Bakı”nın məğlubiyyəti məni çox məyus etdi. Halbuki, komandanın növbəti mərhələyə keçəcəyinə inanırdım. Amma alınmadı. Avropadakı bütün təmsilçilərimizə azarkeşlik edirəm. Onların uğuru bizim futbolumuzun uğurudu”.

Abdullayev “Neftçi”, “İnter” və “Xəzər Lənkəran”ın avrokubokların qrup mərhələsinə düşmək şanslarından danışarkən isə bunları söyləyib: “Qrup mərhələsinə düşmək çox çətin olacaq. İnanın ki, siz klublarımızın qruplara düşməsini arzulayırsızsa, mən ikiqat arzulayıram”.