13 iyul 2012 11:18
Hafiz Məmmədov: Komanda uduzubsa, bu, o demək deyil kimsə komandadan mütləq getməlidi
“Bakı”nın prezidenti Hafiz Məmmədov Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Sloveniya “Mura”sına qarşı keçirilən cavab matçından (0:2) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Komandanızın oyunu barədə nə deyə bilərsiz?
- Məğlub olmağımıza baxmayaraq, komanda oyuna nisbətən daha yaxşı oynadı. Məncə, cütün taleyini hələ ilk oyunda həll etmək lazım idi. Kifayət qədər möhkəm rəqibimiz var idi. Heç kim deyə bilməz ki, biz zəif rəqibə uduzduq. Standart vəziyyətdən buraxılan qollar matçın taleyini həll etdi. Bu, məyus etməyə bilməz.

- Bu qədər qol epizodu olmasına rəğmən, bundan yararlanan tapılmır...
- Həlledici zərbə çatışmırdı. Məni hər şeydən çox üzən odu ki, Azərbaycanı sevindirə bilmədik. Amma bu, futboldu, nə etmək olar? “İnter”i iki parlaq qələbəsi münasibətilə təbrik edirəm. Tarixində ilk dəfə mərhələ keçən “Xəzər Lənkəran” da təbriklərimi qəbul etsin. Gələn həftə də “Neftçi”ni dəstəkləyəcəyik.
- Bundan sonrası üçün nə düşünürsüz?
- Hər iki oyunda bizim bir neçə gənc futbolçumuz çıxış etdi. İstəyirəm ki, bundan sonra gənclərə daha çox yer ayrılsın. Komandada qan dəyişikliyi olacaq.
- Hər iki oyunda bizim bir neçə gənc futbolçumuz çıxış etdi. İstəyirəm ki, bundan sonra gənclərə daha çox yer ayrılsın. Komandada qan dəyişikliyi olacaq.
- Yəqin ki, baş məşqçidən başlayacaqsız?
- Məşqçiyə nə olub ki? Komanda oynadı. Sadəcə, alınmadı. “Bakı”da müxtəlif ölkə yığmalarının futbolçuları çıxış edir. Əgər onlar öz millilərindəki kimi oynaşaydılar, hər şey fərqli ola bilərdi. Uinston Parks məni məyus etdi. Bunu hər iki oyuna aid etmək olar.

- Onun komandanı tərk etməsi mümkündü?
- Əgər komanda uduzursa, bu, o demək deyil ki, kimsə komandadan mütləq getməlidi. Mənim bəzi planlarım var. Bu da əsasən gənc futbolçularla bağlıdı. Çünki heyətimizdə kifayət qədər perspektivli gənclər var.
- Belə başa düşdük ki, gələn mövsüm “Bakı”nın heyətində daha çox gənclərə üstünlük veriləcək...
- Bütövlükdə, yerli futbolçuların sayını artırırıq. Baxmayaraq ki, yeni alınan Georgi Popxadze ilə Edemir Rodriqesin də oyunu xoşuma gəlir. Yeni alınan qapıçımız Edin Nuredinoski də yaxşı oyunçudu. Transfer pəncərəsi açılan kimi mən klubun büdcəsini də artırmışdım ki, 5-6 yüksək səviyyəli oyunçu alaq. Lakin uşaqlar düşündüklərimizi tam olaraq həyata keçirə bilmədilər.
- Yeni mövsüm üçün komandanın qarşısına hansı hədəflər qoyulub?
- “Bakı” həmişə ambisiyalı klub olacaq. Bizim xeyli uşaq komandalarımız var. Yerli və əcnəbi futbolçuların sintezindən ibarət yaxşı komanda yaratmağa çalışacağıq.
- “Bakı” həmişə ambisiyalı klub olacaq. Bizim xeyli uşaq komandalarımız var. Yerli və əcnəbi futbolçuların sintezindən ibarət yaxşı komanda yaratmağa çalışacağıq.
- Komandanız ev oyunlarını harda keçirəcək?
- Tofiq Bəhramov adına Respublika stadionunda yenidənqurma işləri tezliklə başa çatacaq. Biz də ev oyunlarımızı müvəqqəti olaraq orda keçirəcəyik. Bazamızdakı stadion tam hazır olduqdan sonra tezliklə ora qayıdacağıq. Bizim yaxşı infrastrukturumuz var. Hansı ki, ölkədə ən yaxşılardandı.