13 iyul 2012 12:11

Uinston Parks: Ümid edirəm ki, bizi bu uğursuzluğa görə bağışlayarlar

“Bakı”nın hücumçusu Uinston Parks Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Sloveniya “Mura”sına qarşı keçirilən cavab matçından (0:2) sonra azerisport.az saytının suallarını cavablandırıb.
 
- “Mura”ya məğlubiyyət barədə nə deyə bilərsiz?
- Belə oyundan sonra danışmaq çətindi. Amma başa düşürəm ki, biz buna görə məsuliyyət daşıyıq. Ona görə də nəticəyə görə hesabat verməliyik. Fikrimcə, biz bu oyunda məğlubiyyətə layiq deyildik. Çünki məğlub olacaq qədər pis təsir bağışlamırdıq. Mən bunu şişirtmirəm. Necə oynadığımızı hamı gördü.
 
- Hesab etmirsiz ki, yekun nəticə xeyrinə olmayandan sonra komandanın necə oynamasının önəmi yoxdu?
- Əlbəttə, tarixdə ancaq nəticə qalır, oyun yox.
 
- Düşünmürsüz ki, “Bakı” kimi iddialı klub üçün Avroliqanı birinci təsnifat mərhələsində tərk etmək çox tezdi?
- Həqiqətən də elədi. Bizim qarşımıza minimum iki mərhələ keçmək vəzifəsi qoyulmuşdu. Amma biz heç biri ilə də bacarmadıq.
 
- Komandanın aparıcı hücumçusu olduğunuz halda, iki oyuna bir qol belə vura bilmədiniz...
- Öz üzərimizdə daha çox çalışmalıyıq. Düzdü, mənim belə imkanlarım oldu. Amma bunu qola çevirmək istəyim alınmadı. Rəqib ilk oyunda olduğu kimi, yenə daha çox müdafiəsi barədə düşünürdü. Onlar öz saatlarını gözlədilər. Bütün komanda ilə müdafiə olunan rəqibə qol vurmaq hücumçu üçün də çox çətindi.
 
- İndi “Bakı”nı “Mura”dan da zəif komanda hesab etmək olar?
- Heç bir halda. Biz güclüyük. Onların sadəcə bəxti gətirdi.
 
- Bəs bundan sonra nə olacaq?
- Öz səhvlərimizi aradan qaldırmalıyıq. Qarşıdan yeni mövsüm gəlir. Çalışmalıyıq, nəticə qazanmalıyıq. Ümid edirəm ki, bu məğlubiyyətə görə bizi bağışlayarlar.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.