13 iyul 2012 00:08
Xaqani Məmmədov: Bizim hakimlərə Sloveniyada az oyun verirlər
AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov azərbaycanlı hakimlərin Sloveniyadakı təlim-məşq toplanışı ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bizə yaradılan bu şəraitdən gileylənmək günah olardı. Burdakı yeganə problemimiz ondan ibarətdi ki, bizim hakimlərimizə az oyun verirlər. Sloveniya Futbol Federasiyası əsasən öz hakimlərini önə çəkməyə çalışır. Yəni daha çox öz maraqlarını düşünürlər. Biz bir neçə dəfə bununla bağlı öz narazılığımızı bildirmişik. Amma bizi eşitmək istəyən yoxdu”.