13 iyul 2012 12:36
Xəzər Lənkəranın Lech ilə səfər matçı 5 avroya
Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Polşanın “Lech” klubu ilə Azərbaycanın “Xəzər Lənkəran” komandası arasında keçiriləcək cavab oyununun biletləri artıq satışa çıxarılıb. Azerisport.az xəbər verir ki, tribunalardakı yerlərdən asılı olaraq, 5-12 avro aralığında dəyişir.
Qeyd edək ki, “Lech” – “Xəzər Lənkəran” matçı iyulun 26-da keçiriləcək. Həmin görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bu komandalar arasındakı ilk qarşılaşma isə ayın 19-da Lənkəranda baş tutacaq. Qarşılaşma saat 20:00-da start götürəcək.
